“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.02.2019  18:36 

“Lotu Quli”nin yaxın adamı azadlığa buraxıldı





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Emil Xəlilova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E.Xəlilovun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib. E.Xəlilov məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E.Xəlilov həm də dövlətə pul “atmaq”da ittiham edilir. O, rəhbərlik etdiyi şirkətlərlə dövlətin “Azərbaqqaliyə” TTK orqanı arasında müqavilə bağlayıb və ölkəyə şəkər tozu gətirəcəyini vəd edib. Lakin dövlət onun şirkətlərinə pulu köçürdükdən sonra vədinə əməl etməyərək dövlətin bir neçə milyon manat pulunu mənimsəyib.

“İnterpol” tərəfindən axtarışda olan E.Xəlilov 2018-ci ilin avqust ayında Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

E.Xəlilov “Lotu Quli”nin yaxın köməkçisi kimi tanınıb. Onun kriminal aləm üzvləri ilə yaxınlığını saxlanıldığı zaman Ukraynanın baş nazirinin müavini Yevgeni Yenin də təsdiqləyib.

Yenin o zaman mətbuata açıqlamasında bildirmişdi ki, azərbaycanlı narkobaron Ukraynada saxta sənədlərlə yaşayıb və Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. E.Xəlilov saxlanılmadan bir müddət əvvəl oğru aləmində ad alıb.

Xəbər 1687 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +