“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.11.2017  13:25 

”Bu, böyük tərbiyəsizlikdir” - Qənirə Paşayeva





A+  A-

“Bu böyük bir tərbiyəsizlikdir. Bir dövlətin, xalqın duyğularını ciddi şəkildə zədələmək deməkdir. Çünki NATO-da Atatürkün kim olduğunu bilməyən yoxdur”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkili Qənirə Paşayeva NATO-nun Norveçdə Ortaq Hərb Mərkəzində keçirilən təlimi zamanı norveçli zabitin “düşmən liderlərinin hədəf tablosu”na Mustafa Kamal Atatürkün və Rəcəb Tayyib Ərdoğonın şəkillərinin qoyulmasına münasibət bildirərkən deyib.

Millət vəkili vurğulayıb ki, Türkiyə NATO-nun üzvüdür: “Türk millətinin Atatürkə necə həssas yanaşdığını bilirlər. İkinci şəxs isə Türkiyə xalqının seçdiyi prezidentdir. NATO çox təəssüf ki, belə bir tərbiyəsizliyə imkan yaradıb. Onlara qarşı bu hörmətsizliyə sadəcə Türkiyə reaksiya verməməlidir. Bütün NATO ölkələri ciddi şəkildə buna etiraz etməli idi. Sadəcə üzr istəmək də yetərli deyil, bütün məsul şəxslər bu tərbiyəsizliyə görə cavab verməlidir.

Niyə Fransa, yaxud Almaniya dövlətinin başçılarının şəkli asılmayıb? Həm də söhbət indiki prezidentlərdən gedirsə, niyə Atatürkün rəsmi asılıb?

Bu təlim prosesi gizli keçirilməyib. Bundan əvvəlcədən səlahiyyətli şəxslərin hamısının xəbəri olub. Onların hamısının ciddi şəkildə cəzalandırılması lazımdır. Söhbət bir xalqın özünə milli lider seçdiyi şəxsdən və prezidentdən gedir. Atatürk bütün dünyada tanınan, sayqı ilə anılan şəxsiyyətlərdən biridir. Bunun Türkiyədə nə kimi reaksiya doğuracağından NATO-da çalışan ən sıravi şəxsin belə xəbəri var. Bu bir təxribatdır. Biz də bu məsələdə qadaş Türkiyənin yanındayıq”.

Xəbər 2784 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +