Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


11.04.2023  14:18 

Bakı yekə bir üstüaçıq dəlixananı xatırladır...





A+  A-

İnsanlarımızın mədəni səviyyəsi çox aşağıdır. O gün bir restoranda ofisiantlarla müştərilər arasında biabırçılığa şahid oldum. Utanıb yerə girdim. Hələ Allah qoymasa bəhs etdiyim restoran şəhərin “A kateqoriya” hesab olunan məkanlarından sayılır, müştərilər də “İftar süfrəsi”ndə cəm olmuşdular.

Eyni biabırçılığa dünən və srağagün getdiyim “1 saylı Şəhər Kliniki Xəstəxanası”nda (Semaşko) rast gəldim. Nə danışılasıdır, nə də yazılası, bildiyiniz rəzil-rüsvayçılıq.

Bayaq da böyük marketlərdən birində alış-veriş edirdim, satıcı alıcıya qarışdı, mühafizə kassirə, kassir də öz növbəsində hamıya, aldıqlarımı arabada qoyub başımı götürüb qaçdım.

Özümü qəti şəkildə ziyalı hesab etmirəm. Düzü, heç ziyalı da deyiləm. Amma bütün bunlar əməlli-başlı “SOS” siqnalıdır. Bunu başa düşməlidir az-çox şəxsiyyəti olan hər kəs, az-çox bu məmləkətə sevgisi olan hamı.

Cəmiyyətin sosioloqlara ehtiyacı var. Cəmiyyət xəstədir. Cəmiyyət məhv olub. Cəmiyyət yoxdur. Hökümət bunu bilməli, tədbir görməlidir.

Televiziyalar, radiolar, saytlar və sair cəmiyyətə nüfuz etmək iqtidarında olan bütün vasitələr (oxu - şəxslər) bunu şüurlu şəkildə idrak etməlidir.

Vəziyyət çox qəlizdir. Allaha and olsun, and olsun Allaha, bir azca həssas nəzərlərlə diqqət yetirsəniz, görərsiniz, Bakı yekə bir üstüaçıq dəlixananı xatırladır. Belə şəhər olmur. Belə cəmiyyət olmur. Bu gözəlim məmləkətə yazığınız gəlsin.

Axı biz bu yerlərə, bu göylərə Vətən deyirik, canımızdan, qanımızdan, atamızdan, balamızdan keçirik onun uğrunda, onun yolunda.

Yaxşı, məgər belə isə: Nəyin uğrunda? Kimin yolunda?

Şəhriyar Del Gərani

Xəbər 1092 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +