Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


23.06.2022  10:13 

Vaksin pasportu tələbi niyə ləğv olunmur? - AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, karantin rejimi ilə bağlı tətbiq olunmuş bir neçə məhdudiyyət ləğv edilib.

Nazirlər Kabinetinin sonuncu qərarı ilə şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az" portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi aradan qaldırılıb. Lakin toylarda iştirak üçün vaksin tələbi hələ qüvvədədir.

Bəs Operativ Qərargah toylarda iştirak etmək üçün vaksin pasportu tələbini niyə ləğv etmir?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva Bakupost.az -a açıqlama verib.

Deputat toylarda vaksin pasportu tələbinin qalmasının tərəfdarı olduğunu bildirib:

“Bildiyimiz kimi, respublikada epidemioloji vəziyyət müsbətə doğru getdiyinə görə bir sıra yumuşalmalar olub. Lakin toylarda vaksin pasportu tələbinin qalmasının tərəfdarıyam. Bu gün dünyanın bir çox ölkələrində hələ də pandemiya təhlükəsi sovuşmayıb, hətta artım səviyyəsindədir. Eyni zamanda, Avropa ölkələrində meymunçiçəyi virusunun yayılması tendensiyası da var.

Pandemiya hələ bitməyib. Bir neçə aydan sonra payız fəsli gələcək, yenidən respirator xəstəliklərlə yanaşı mutasiya olunmuş digər virusların da meydana çıxması ehtimalı var. Bundan heç kim sığortalanmayıb. Amma bunlardan yeganə çıxış yolu vaksin olunmaqdır. ÜST də bunu daima öz məlumatlarında bildirir. Ona görə də sadaladıqlarımı nəzərə alsaq, bu gün vaksin tələbinin qüvvədə olması məqsədəuyğundur. Bildiyim qədərilə müvafiq qruplar şadlıq saraylarında monitorinqlər keçirirlər. Hansı restoranlarda buna əməl olunmursa, qanunvericiliklə onlar cərimələnir”.

Xəbər 1356 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +