“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


17.12.2021  11:53 

Nazir neqativ hallara münasibət bildirib: “Olan şeydi...“





A+  A-

Təhsil Nazirliyi son günlər bəzi məktəblərdə qeydə alınan neqativ hallara münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında ölkədə 4000-dən çox məktəbin olduğunu, 150 min müəllimin çalışdığını, 1 milyon 600 min şagirdin təhsil aldığını xatırladıb.

Nazir bildirib ki, çox milyonluq qrupda mütəmadi olaraq hər hansı bir neqativ hallar olur:

"Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olduqca da Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir. Açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb".

Onun sözlərinə görə, sistemin böyük olması səbəbindən hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konfliktin yaranması qaçılmazdır:

"Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur. Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır və hər il onlarla direktor işdən ayrılır, təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir".

E.Əmrullayev qeyd edib ki, bu davamlı prosesdir:

"Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4 400-dən çox məktəbdən söhbət gedir. Hər direktorun da 3-4 müavini var. Məktəb kifayət qədər mürəkkəb və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Mütləqdir ki, milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".

Xəbər 1281 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +