“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?


24.05.2021  09:36 

İyirmiyə yaxın şəxs Almaniyadan Azərbaycana deportasiya ediləcək





A+  A-

May ayının sonunda Almaniyadan Azərbaycana növbəti kütləvi deportasiya gözlənilir.
XəzərNews.az bildirir ki, “Report”un Avropa bürosunun Almaniya hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, bu dəfə 20-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə deportasiya ediləcək

Artıq onlardan bir qismi Düsseldorf hava limanı yaxınlığında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) tabeliyində olan yataqxanaya yerləşdirilib.

İki nəfərin koronavirus test nəticəsi pozitiv çıxdığı üçün onlar yaşadıqları yataqxanda 14 günlük karantin altına alınıblar.

Məlumatda bildirilir ki, deportasiya ediləcək şəxslər 2015-2019-cu illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən və müraciətləri rədd edilən şəxslərdir. Onların arasında 2019-cu ildə Deggendorf şəhərində Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi davada iştirak edənlər də var. Həmin şəxslərdən biri 2020-ci ildə məhkəmə tərəfindən bəraət alsa da, onun sığınacaq istəyi rədd edilib və məhkəmə tərəfindən barəsindən deportasiya qərarı çıxarılıb. Könüllü Azərbaycana qayıtmayan şəxs bu dəfə məcburi deportasiya ediləcək.

Xatırladaq ki, keçən il Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla 10 nəfər yaralanıb. Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sonradan sərbəst buraxılıb.

Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla araşdırma aparıb.



Xəbər 2211 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +