Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


01.05.2021  13:46 

Dünyada elektromobillərin satışında rekord





A+  A-

2020-ci ildə bütün dünyada satılan elektromobillərin sayı rekord həddə - 3 milyona çatıb, əvvəlki illə müqayisədə artım 41 faiz təşkil edib. Bununla yanaşı, istehlakçılar elektromobillərin alınmasına 120 milyard dollar xərcləyiblər ki, bu da 2019-cu ilin göstəricilərindən 50 faiz çoxdur.
Bu barədə XəzərNews.az Beynəlxalq Enerji Agentliyinin (IEA) “Global Electric Vehicles 2021” hesabatına istinadən xəbər verir.

Belə ki, koronavirus pandemiyası fonunda dünya avtomobil sənayesi 2020-ci ildə böyük şok yaşayıb və əvvəlki illə müqayisədə 16 faiz azalıb. Bunun fonunda elektron avtomobillərin satışı artıb.

2020-ci ildə elektromobillərin satışı dünyada avtomobillərin ümumi satış həcminin 4,6 faizini təşkil edib.

Dünyada istifadə olunan elektromobillərin ümumi sayı 10 milyonu ötüb.

Hesabatda deyilir ki, dünyada elektromobillər bazarı növbəti 10 ildə əhəmiyyətli dərəcədə artacaq.



Xəbər 1862 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +