Sökülən evlərlə bağlı... - Hökumətdən yeni qərar gəlir
Bakıda sərnişin avtobusun şüşəsini sındırıb
Bakıda leysan xəbərdarlığı - Proqnoz
11 saylı notariusun yanında yanğın başlayıb
Bank kartlarından 16 min manata yaxın pul oğurlandı
İran Ermənistanı tələyə salmaq istəyirdi - Politoloq
Ukrayna və ABŞ-ın ümumi məqsədi var - Vens
Putin Trampı sülhə sadiq qaldığına inandırmağa çalışacaq
Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.


16.04.2021  13:48 

68 kq narkotik, 16 min həb aşkar edildi - Video





A+  A-

Azərbaycanda 4 nəfərdən 70 kiloqrama yaxın narkotik aşkar edilərək götürülüb.
DİN mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Orxan Səfərov saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb.

Orxan Səfərovun paytaxt ərazisində yaşadığı evə baxış keçirən polislər oradan 29 kiloqram heroin, 5 kiloqram metamfetamin, 453 ədəd “Metadon” həbi, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edərək götürüblər. O, izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını bildirib.

Sumqayıt şəhərində vətəndaş Tural Məmmədov saxlanılıb. Onun üzərinə baxış zamanı 200 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Onun Sumqayıt şəhərindəki mənzilindən əlavə olaraq 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram metamfetamin, 6000 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” və 9510 ədəd “Metadon” həbi, eləcə də, 1 ədəd elektron tərəzi aşkar edərək götürüblər.

Abşeron rayonunda yaşayan Afiq Əliyevin üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkar olunub.

Qeyd edək ki, bu şəxs xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə paytaxt, eləcə də ayrı-ayrı rayonların ərazisində əvvəlcədən müəyyən edilən ünvanlara yerləşdirməli imiş.

Vətəndaş Musəvi Musayevin üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonunda yerləşən obyektdə isə gizlətdiyi 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram metamfetamin, ümumilikdə 495 ədəd ”Metadon” və “Metilin” həbləri, həmçinin, 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bununla da Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən ümumi çəkisi 68 kiloqrama yaxın narkotik vasitə və 16 min 458 ədəd psixotrop tərkibli həblərin realizə olunmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.



Xəbər 1928 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +