Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert


04.07.2019  17:54 

Novruz Məmmədov yenidən sədr seçildi





A+  A-

İyulun 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. ARDNF-in Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.
Fondun İctimaiyyətlə əlaqələr departamentindən XəzərNews.az-a bildirilib ki, iclasda ARDNF-in 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, fondun 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıb. Müşahidə Şurası tərəfindən ARDNF-in 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə Neft Fondunun 2018-ci il büdcəsinin gəlirlərinin 17 milyard 614,1 milyon manat və yaxud 115 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq fondun 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.

Müşahidə Şurası tərəfindən, eyni zamanda, ARDNF-in fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda Neft Fondunun maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Xəbər 1444 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +