Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi


06.08.2018  23:54 

Yasamalda böyük söküntü başladı - VİDEO





A+  A-

Paytaxtın Yasamal rayonunda 75 evin söküntüsünə başlanılıb. Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir.
Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.

XəzərNews.az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, artıq plana düşən evlərin sakinlərinə kompensasiya verilib. Mənzillərin sahibləri evlərdən çıxarılıb və söküntüyə başlanılıb. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni “ASAN xidmət”in kənarı ilə çəkilir.

Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yeni yolun inşası yaxın aylarda yekunlaşdırılacaq və vətəndaşların istifadəsinə veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbər 1455 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +