Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


07.06.2018  10:32 

OPEK neft hasilatına yenidən baxacaq





A+  A-

ABŞ OPEK-dən gündəlik neft hasilatının 1 milyon barel artırılmasını istəyir. İki həftə sonra bir araya gələcək OPEK+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır.
Bu barədə XəzərNews.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hasilatın artırılmasını yalnız ABŞ istəmir:

“Həmçinin bir sıra digər ölkələr, o cümlədən də Rusiya da bu məsələyə isti yanaşır. Rusiya Prezidentinin neftin 1 barelinin qiymətinin 60 dollar olmasının ölkəsi üçün məqbul olduğunu deməsi də bundan xəbər verir. Aydındır ki, Səudiyyə Ərəbistanı əksər və bütün hallarda Vaşinqtondan gələn mesajlara diqqətlə yanaşır. Bu isə o deməkdir ki, ABŞ hasilatın artırılması ilə bağlı istəyində sonadək dayanarsa, o zaman OPEK dünya bazarına daha çox “qara qızıl” çıxarmağa başlayacaq. Digər tərəfdən, Çinin neftə artan tələbi fonunda hasilat dəyişməzsə o zaman neftin qiymətində yüksəlişlər davam edəcək”.

Ekspert deyib ki, hazırda OPEK-in 2 seçimi var:

“Ya 2 həftə sonra ABŞ-ın istəyinə uyğun olaraq hasilatın gündəlik 1 milyon barel artırmaqla bazara daha çox neft çıxarmaq, ya da mövcud hasilatı saxlamaqla dünya bazarında tələbin təklifdən artıqlığını qoruyub saxlamaq. Birinci halda, neftin dünya bazar qiymətində yenidən azalmalar qaçılmazdır. Bu halda Brent markalı neft 65 dollaradək ucuzlaşa bilər. İkinci halda isə neftin qiyməti yenidən yüksələcək və Brent markalı nefti 1 bareli hətta 85 dollara çata bilər. OPEK hansı yolu seçəcək? Bu həm də Ağ Evdən gələn yeni mesajlardan asılı olacaq”.

Xəbər 1628 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +