Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


15.05.2018  16:11 

“Uşaqları zorlayana ölüm cəzası verilməlidir…” - Deputat





A+  A-

“Hazırda boşananların sayı artıb. Rahatlıqda boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib. A. Naxçıvanlı vurğulayıb ki, indiki gənclər toydan iki ay öncə rəqsə gedirlər: “Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur. Milli-mənəvi dəyərləri qorumaq lazımdır”.

Onun sözlərinə görə, burada təhsilin də rolu var: “Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyib. İndi bəs nə baş verir?”.

Komitə sədri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyindən də danışıb O qeyd edib ki, zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik: “ Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik. Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.

Xəbər 2608 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +