YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


30.04.2018  16:09 

Pensiya artımı bu şəxslərə şamil edilmədi - RƏSMİ





A+  A-

Azərbaycan Prezidentinin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən, əmək pensiyalarının ölkə üzrə əmək haqlarının ötənilki illik artım faizinə uyğun, yəni 5,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
XəzərNews.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərəncama əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 236 min nəfərinə və ya 94 faizinə şamil olunub:

“Sərəncam bir sıra kateqoriyalardan (dövlət qulluqçusu, hərbi qulluqçu, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və s.) olan pensiyaçılara şamil olunmur ki, həmin kateqoriyalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində göstərilir”.

Nazirlik rəsmisi artımın həmin kateqoriyadan olan şəxslərə şamil edilməməsinin səbəblərini də açıqlayıb:

“Pensiyaların indeksləşdirilərək artırılmasının qeyd olunan kateqoriyalara aid şəxslərə şamil olunmamasının səbəbi bundan ibarətdir ki, dövlət qulluğu və əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, onların pensiyaları onların işləmiş olduqları müvafiq fəaliyyət sahələrində əmək haqlarının artımı ilə əlaqədar artırılır.

Məsələn, vaxtilə dövlət qulluğunda işləmiş və dövlət qulluqçşusu kimi əmək pensiyası alan şəxsin əmək pensiyasının artımı hazırda dövlət qulluğunda əmək haqqının artımı əsasında həyata keçirilir. Ona görə də bu kateqoriyalardan olan pensiyaçıların pensiyalarının artımı indeksləşdirilərək artırılma prinsipinə əsaslanmır”.

Xəbər 1763 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +