YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


16.01.2018  16:52 

Ərdoğan və baş qərargah rəisi NATO-nu “topa tutdu”





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP)qrup toplantısında NATO-nu tənqid.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan iclas zamanı NATO-ya sər txəbərdarlıq edib:

“Xüsusilə bu iclasda mənim NATO-ya bir iradım var. Sizə üzv olan ölkələrin hər hansı birinin sərhədlərinə hücum ediləndə buna reaksiya verməyə cavabdehsiniz. Bu ana qədər hər cür reaksiya göstərmisiniz. Bunu özlərinə çatdırdıq. Baş qərargah rəisimiz onlarla bu mövzuda müzakirələr aparır”.

Bu arada Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, Hulusi Akar Belçikanın paytaxtı Brüsseldəki Baş qərargah rəislərinin konfransında çıxış edib. O bildirib ki, NATO, terrorizmlə mübarizə mövzusunda terror təşkilatlar arasında ayrı seçkilik etməməidir.

“İŞİD ilə mübarizə bu qədər önəmlidirsə, PKK, FETÖ ilə də mübarizə o qədər önəmlidir. PKK-nın bir davamı olduğu açıq dəlillərlə sübut olunmuş olan terror təşkilatı YPG-nin “əməliyyat ortağı” adı altında dəstəklənməsinə və silahlanmasına icazə verməyəcəyik. Bu səhvin qısa müddətdə düzəldiləcəyini umuruq”.

Xatırladaq ki, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsi ilə həmsərhəd ərazilərə ordu topladığı bir anda məlum olub ki, ABŞ kürdlərə yeni ordu qurur. Vaşinqton bəyan edib ki, İŞİD-ə qarşı beynəlxalq koalisiya Suriyadakı müttəfiqləri ilə birlikdə 30 min nəfərlik sərhəd mühafizə ordusu qurulacaq. Vaşinqtonun Suriya müttəfiqi “Suriya Demokratrik Qüvvələri”, yəni əslində kürdlərdir. Yeni ordu da kürdlərlə Türkiyə arasında sərhədləri qoruyacaq.

Xəbər 1478 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +