Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


14.11.2017  14:49 

Şıxlinskayanın əməkdaşları məhkəmədə - 700 minlik qalmaqal





A+  A-

Xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, artıq istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə prosesin ilkin hazırlıq iclası və hakimi təyin ediləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və daha 3 işçi təqsirləndirilir.

Belə ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

L.Şıxlinskayaya həmin işlə bağlı hər hansı günahı olmadığını bildirib. O deyib ki, sadəcə təsisçidir və heç bir sənəddə imzası yoxdur. Əlavə edib ki, işçiləri 700 min manatdan çox pulu ələ keçiriblər və istintaq zamanı bu hal sübut olunub.
Qeyd edək ki, Şıxlinskayanın işçiləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Xəbər 1375 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +