Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi


02.06.2017  15:44 

Biznesmen onun 3,4 milyonunu ələ keçirəndən şikayətçi deyil





A+  A-

Bu gün Bakı Apellyasiya Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlər Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev və Tural Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış edib.

L.Abdullayevin vəkili Bəxtiyar Hacıyev bildirib ki, iclasda zərərçəkmiş Tofiq Zülfüqarov çıxış edərək F.Tağıyevdən şikayətçi olmadığını, E.Qasımov barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini istədiyini deyib.

E.Qasımovun müdafiəsinə qoşulan yeni vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Vəkilin vəsatəti təmin edilib. Növbəti iclasda qərarın elan olunacağı gözlənilir.

Məhkəmə prosesi iyunun 6-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, adıçəkilən şəxslər 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində T.Zülfüqarovun idarə etdiyi avtomobilin qarşısını kəsərək özlərini Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. T.Zülfüqarovu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçiriblər. Daha sonra onlar T.Zülfüqarovu "Ulduz" metrostansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri pulu bölüşdürdükdən sonra ölkədən çıxıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Abdullayev 18 il, E.Qasımov və P.Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər F.Tağıyev, G.Abdullayev, T.Qasımov və R.Hacıyevə şərti cəza verilib.

(qafqazinfo.az)

Xəbər 1932 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +