YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


14.12.2021  12:01 

“O kəndə Salatın Əsgərovanın adı verilsin“ - Deputat





A+  A-

"Dekabrın 16-ı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq. Ən çətin dövrlərdə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük problemlər yaşadığımız illərdə Qarabağ həqiqətlərinin dünyada geniş yayılması, erməni yalanlarına qarşı mübarizə üçün kiçik yaşlı övladını evdə qoyaraq öncəbhə bölgələrində gerçəklikləri dünyaya çatdıran əziz Salatın xanıma Allahdan rəhmət diləyir və “qanı yerdə qalmadı” deyirik".

XəzərNews.az xəbər verir ki, bu fikirləri parlamentin iclasında çıxış edən deputat Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız zəfərlə bütün şəhidlərimizin, o cümlədən, Salatın Əsgərovanın ruhu şad oldu:

"Salatın xanımı tanıyırdım. Sonra tale elə gətirdi ki, onun kiçik yaşlardan anasız böyüyən oğlu Ceyhunla bir kollektivdə çalışdıq. Dövlətimiz və xalqımız hər zaman Milli Qəhrəmanımız Salatın Əsgərovanın xatirəsini uca tutub. Qeyd edim ki, yanvar ayında da Salatın Əsgərovanın erməni qatilləri tərəfindən qətlə yetirilməsinin 30 ili tamam oldu. Salatın Əsgərova şəhid olan zaman o zamanki dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və “Salatınkənd” adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarımızın və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş edirik.

Onu da əlavə edim ki, şəhid qəhrəmanımızın peşəkar jurnalist olan yeganə övladı 1 ildir işsizdir. Məncə, əlaqədar qurumlar bu məsələyə də biganə qalmamalıdır.

Qeyd edim ki, Mədəniyyət komitəsinin dəstəyi ilə sabah Salatın Əsgərovanın 60 illik yubileyi ilə bağlı Zoom üzərindən bir sıra təşkilatların da iştirakı ilə konfrans keçiriləcək. Onlarla azərbaycanlı gəncə jurnalist fəaliyyəti yolunda böyük örnək olan Salatın xanımı bir daha rəhmət və sayğı ilə anırıq!". /Modern.az


Xəbər 1445 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +