Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


03.12.2021  18:32 

“AzerGold”un tenderində qalib gələn şirkətlə bağlı - Açıqlama





A+  A-

“Azergold” QSC bir neçə gündür sosial şəbəkələrdə qurumun keçirdiyi tenderdə qalib gəlmiş şəxsin şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun oğlu olması ilə bağlı gedən müzakirələrə münasibət bildirib.

QSC-dən XəzərNews.az-a daxil olan açıqlamada bildirilir ki, son günlər bir sıra media subyektləri və sosial şəbəkə istifadəçiləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti, həmçinin rəhbərliyi və onun ailə üzvləri haqqında həqiqəti əks etdirməyən materiallar yayımlamaqda, bununla da qeyd olunan şəxslər barəsində ictimaiyyətdə mənfi rəy formalaşmaqdadır:

“Bununla əlaqədar olaraq bildiririk ki, Cəmiyyət tərəfindən bütün tenderlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilmiş, Cəmiyyətin rəhbərliyi və onun ailə üzvləri heç bir hüquqi və faktiki əsaslara söykənməyən materiallarda tenderlərin qalibləri olaraq göstərilən “Buta Construction” QSC və “AZCD Group” QSC-nin idarəetməsində iştirak etmir, həmçinin onların həmin şirkətlərlə hər hansı bir bağlılığı mövcud deyildir.

Təəssüflə qeyd etmək istərdik ki, rəsmi məlumatlara istinad edilmədən və dəqiqləşdirilmədən yayılan, həqiqəti əks etdirməyən bu məlumatlar nəinki ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dünya miqyaslı və aparıcı mədən şirkətinə çevrilmə yolunda irəliləyən şirkətimizin ictimai nüfuzuna və imicinə ciddi xələl gətirə bilər.

Hörmətli media nümayəndələri, ictimaiyyəti dəqiq informasiya ilə təmin etmək yolundakı şərəfli fəaliyyətinizdə həqiqətə xidmət, dəqiqlik və obyektivlik kimi peşə davranış qaydalarına həssaslıq göstərməyiniz, həqiqətə uyğunluğu yoxlanılmayan informasiyanın yayılmaması üçün çalışmağınız və rəsmi mənbələrə istinad etməyiniz xahiş olunur”.

Qeyd edək ki, yayılan məlumatlarda iddia edilir ki, “Azergold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimov “AZCD Group” QSC və “Buta Construction” şirkətlərinə rəhbərlik edir. Bildirilir ki, onun rəhbərlik etdiyi şirkət Daşkəsən rayonunda Çovdar filiz emalı sahəsi üzrə keçirilən müvafiq tenderin qalibi olub.

Xəbər 1507 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +