Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO
İsrail atəşkəsi qəbul etməyə hazırdır -Netanyahu
Moskvaya PUA hücumu olub
1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan


12.08.2021  09:54 

Ərdoğan “Taliban” lideri ilə görüşə bilər





A+  A-

Türkiyə ən qısa müddətdə ölkənin cənub-qərbindəki meşə yanğınlarının nəticələrini aradan qaldırmaq və təbiət hadisəsindən zərər çəkmiş bölgələri bərpa etməkdə qərarlıdır.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Turk” və “Kanal D” telekanallarına müsahibəsində bildirib.

“Yanmış meşələr küldən qalxacaq. Biz bu əraziyə yeni ağaclar əkəcəyik, burada yenidən meşələr olacaq”, - türkiyəli lider bəyan edib.

Onun sözlərinə görə, təbii fəlakətin əhatə etdiyi ərazilərdə tikinti işlərinə artıq bir aydan sonra başlanılacaq. Dövlət başçısı əlavə edib ki, onların bir il ərzində başa çatdırılması planlaşdırılır.

Prezident Ərdoğan, həmçinin qeyd edib ki, son beş il ərzində Türkiyə meşə aktivlərinin sahəsini artıran ölkələrin reytinqində 46-cı yerdən 27-ci yerə yüksəlib.

O, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində Türkiyənin həyata keçirdiyi tədbirlərə toxunaraq bildirib ki, hakimiyyət bütünlükdə ölkə əhalisini peyvənd etdirmək niyyətindədir. Dövlət başçısı bu məsələnin həlli üçün bütün lazımi resursların səfərbər olunduğunu bildirib.

Prezident Ərdoğan koronavirus əleyhinə yerli “TURKOVAC” vaksininin hazırlanması barədə də danışıb. “Bu günə qədər çox yaxşı nəticələr əldə edilib. İlin sonuna qədər yaxşı xəbər almağa ümid edirik”, - o deyib.

Dövlət başçısı “Taliban” hərəkatının dəstələrinin hücumu ilə əlaqədar Əfqanıstanda yaranmış vəziyyətə də toxunub. Onun sözlərinə görə, bu gün axşam (avqustun 11-də-red.) o, Qətərin rəhbərliyi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Onun sözlərinə görə, Türkiyə hökuməti “Taliban” hərəkatının nümayəndələri ilə danışıqlara başlamaq üçün çalışır. Dövlət başçısı hərəkatın liderini şəxsən qəbul edə biləcəyini istisna etməyib.

“Türkiyənin müvafiq institutları hazırda “Taliban”la danışıqlar aparmaq üzərində işləyirlər. Ola bilsin, hətta mən onların lideri olan adamı qəbul edə bilərəm”, - Ərdoğan deyib.

Xəbər 2776 dəfə oxunub.




21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +