“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


01.04.2020  14:11 

“Dövlət rüsumu haqqında” qanun dəyişdirilir





A+  A-

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir.
XəzərNews.az xəbər verir ki, 4-cü maddəyə təklif edilən dəyişikliyə görə,bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 18 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.

4.1-1-ci bəndə təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

4.1-2-ə təklif edilən dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən orqan (qurum) tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Həmçinin 33-5-ci maddəsinə uyğun olaraq mobil cihazların qeydiyyatına görə ödənilən dövlət rüsumunun 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Bu Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə, ödənilən dövlət rüsumunun 23 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürülür.

Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər 1699 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +