Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


19.07.2018  15:06 

Vəkilliyə qəbulun staj müddəti azaldılacaq





A+  A-

Vəkilliyə qəbulla bağlı staj müddəti azaldılmalıdır.
XəzərNews.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniş tərkibli iclasında Kollegiyanın sədri Anar Bağırov bildirib.

A.Bağırov deyib ki, Vəkillər Kollegiyası bu barədə qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektlərə müraciət edəcək:

“Vəkilliyə qəbulla bağlı staj müddətinin azaldılmasına ehtiyac var”.

Qeyd edək ki, hazırda vəkilliyə qəbulla bağlı üç il staj tələb olunur.

A.Bağırov vəkillərin peşə bayramı gününə ehtiyac duyulduğunu bildirib:

“Təəssüflər olsun ki, bu məsələdə də vəziyyətə ürəkaçan deyildi. Bunu dəfələrlə dilə gətirmişdim. Digər tanınmış vəkillərimiz də vəkillərin peşə bayramının, peşə gününün vacibliyini söyləyirdilər.

Odur ki, biz arxivin araşdırılmasına və bu araşdırmaları aparmaq üçün üç nəfər vəkildən ibarət komissiyanın yaradılmasına qərar verdik. Ötən dövrdə komissiya arxivi, Cümhuriyyət dövrünü araşdırdı və çox gözəl materiallar, faktlar əldə etdi.

Məlum oldu ki, Cümhuiriyyət illərində Azərbaycanda 100-ə yaxın vəkil fəaliyyət göstərib. Ancaq onların cəmi doqquzu azərbaycanlı olub. Həmin vəkillər arasında Cümhuriyyət dövrünün qurucuları da olub.

Beləliklə, komissiya 30 iyul 1919-cu il tarixinin Azərbaycan vəkilliyinin yaranma tarixi kimi götürülməsi və bu səbədən 30 iyulun bundan sonra vəkillərin peşə bayramı kimi qeyd olunması təklifi ilə Rəyasət Heyəti qarşısında çıxış edib. İndi Rəyasət Heyəti həmin təklifə münasibət bildirməlidir”.

VK-nın Rəyasət Heyəti də həmin təklifi müsbət qarşılayıb və 30 iyulun vəkillərin peşə günü kimi qeyd olunması qərara alınıb.

Xəbər 1630 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +