Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


24.08.2021  20:37 

G7 liderlərindən Əfqanıstan bəyanatı





A+  A-

G7 liderləri Əfqanıstan məsələsində BMT və G20 vasitəsilə müttəfiqlər, eləcə də, bölgə ölkələri ilə birgə işləyəcəklərini bildiriblər.
XəzərNews.az xəbər verir ki, bu barədə qərar bu gün onlayn formatda keçirilən Almaniya, ABŞ, Fransa, İngiltərə, İtaliya, Yaponiya və Kanadanın üzv olduğu G7 liderlərinin görüşündə qəbul olunub.

Görüşə BMT və NATO Baş katibləri də qatılıb.

Müdafiəsiz Əfqanıstan və digər ölkələrin vətəndaşlarının təhlükəsizliyinin təmin olunması, humanitar böhranın qarşısının alınması üçün çağırış edilən birgə bəyanatda qadınların, qız uşaqlarının və azlıqların hüquqlarının qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb:

“Əfqanıstan bir daha əsla terror üçün etibarlı bölgə və ya başqalarına qarşı terror hücumlarının qaynağı olmamalıdır.

Gələcəkdə qurulacaq əfqan hökuməti ölkənin beynəlxalq öhdəliklərinə riayət etməli, terrorizmə qarşı müdafiəni təmin etməli, qadınlar başda olmaqla, uşaqlar, etnik və dini azlıqlar, eləcə də, bütün əfqanların insan hüquqlarını təmin etməli, hüququn üstünlüyünü qorumalı, qeyd-şərtsiz humanitar əlçatanlığa icazə verməli, insan və narkotik qaçaqmalçılığına qarşı təsirli mübarizə aparmalıdır.

Təcili prioritetimiz vətəndaşlarımızın və son 20 ildə bizimlə işləyən əfqanların təhlükəsiz şəkildə təxliyyəsi, Əfqanıstandan mütəmadi etibarlı çıxışı təmin etməkdir. G7 ölkələri bu məsələdə yaxından əməkdaşlığa davam edəcək.

Bütün tərəflərin bunu asanlaşdırmağa davam etməsini gözləyirik. Qaçqınlara ev sahibliyi edən bölgədəki qonşu ölkələr və digər ölkələrlə əməkdaşlıq edəcəyik”.

Avropalı liderlər ABŞ Prezidenti Co Baydenə çağırış edərək, ABŞ-ın "Taliban"la razılaşması çərçivəsində Əfqanıstandan son təxliyyə tarixi olan 31 avqustu uzatmasını istəyiblər.

Xəbər 2099 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +