Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi


24.05.2021  10:46 

Lüis Hemilton: “Azərbaycanda qələbə qazanmaq çətin olacaq“





A+  A-

"Monako Qran-prisi darıxdırıcı keçdi. Bu, elə də əyləncəli yarış olmadı. Çünki yalnız sürücüləri izləyirsiniz, onları ötüb keçə bilməzsiniz".
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri "Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton yarışın rəsmi saytına açıqlamasında Monako Qran-prisindəki çıxışı barədə danışarkən deyib.

Fransadakı yarışda 7-ci yeri tutan yeddiqat dünya çempionu zəif təsir bağışladıqlarını və buna görə xeyli xal itirdiklərini bildirib: "Əlbəttə, təəccübləndim. Amma özümüzü sınamaq üçün bu cür hadisələr baş verə bilər".

Britaniyalı sürücü indi bütün diqqəti Azərbaycan Qran-prisinə yönəltmələrinin gərəkliyini vurğulayıb. Onun fikrincə, Bakıda qələbə qazanmaq çətin olacaq: "Bunun üçün bəzi amilləri yaxşılaşdırmalıyıq. Çünki edə biləcəyimiz yeganə şey budur. Qarşıdakı yarışda daha güclü olmağa çalışacağıq. Bolidimizdə zəif nöqtələr var. Düşünürəm ki, növbəti yarış da ağır keçəcək. Belə çətin trasda avtomobilin şinlərinin işə düşməsi asan olmayacaq".

Qeyd edək ki, mövsümün növbəti - sayca 6-cı Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək. Azərbaycan Qran-prisi də şəhər trasında təşkil olunacaq.

Xəbər 2215 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +