Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


09.03.2021  10:08 

Araik saxta video ilə Hadrutun əllərində olduğunu göstərib...





A+  A-

Özünü Hadrutun “mer”i kimi təqdim edən, qondarma rejim qalıqlarının nümayəndəsi Vaqan Savadyan şəhərin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsinə dair bir sıra fikirlər səsləndirib.
XəzərNews.az xəbər verir ki, Savadyan erməni jurnalist Roman Baqdasaryana verdiyi müsahibədə bildirib ki, Azərbaycan Ordusunun Hadrut əməliyyatını başlatmasından bir neçə gün sonra şəhərdə olan bütün imkanlı şəxslər və Arayik Arutyunyanın bütün dostları şəhərdən qaçıblar.

Qondarma “mer” qeyd edib ki, 27 sentyabrdan etibarən A.Arutyunyan ondan şəhərdə nəyə ehtiyac olub- olmadığını soruşmayıb. Hadrut əməliyyatı davam edərkən isə Araikin mətbuat katibi Vağram Poqosyan Saadyana zəng edərək guya şəhərin ermənilərin əlində olduğu barədə saxta videoreportaj çəkməsini istəyib. O, separatçı rejimi döyüşlər dövründə populizm və teatr şoularından başqa heç nə etməməkdə təqsirləndirib.

Savadyanın sözlərinə görə, 29 illik işğal dönəmində Hadrutda insanlar üçün demək olar ki, heç bir şey edilməyib, bir uşaq meydançası belə tikilməyib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilən Hadrut 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-əməliyyat hücumu nəticəsində azad edilib. Bundan sonra sosial şəbəkələrin erməni seqmentində müxtəlif videolar yayılaraq şəhərin düşmənin əlində olduğu iddia olunurdu.

Xəbər 1238 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +