Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


12.02.2021  14:11 

Nəzarətçilərlə müştərilərin ünsiyyəti minumuma endiriləcək - Video





A+  A-

Sosial11:12Oxunma sayı: 354 Çoxmərtəbəli binalarda sonradan ödənişli sayğaclara quraşdırılan yeni qurğular səyyar terminallarla uzaqdan idarəetməyə tam şərait yaradır.
XəzərNews.az xəbər verir ki, “Azəriqaz” İB bildirişlərin verilməsi sistemində də yeniliklər etmək qərarına gəlib.

Sonradan ödənişli sayğacın göstəricilərinin fiziki olaraq nəzarətçi tərəfindən oxunmasını istəməyən abonentlər bildirişlərini SMS vasitəsilə almaq istərsə, bu da dərhal yerinə yetiriləcək. Belə ki, mart ayının 1-5 tarixləri intervalında sonradan ödənişli sayğac istifadəçisi öz sayğacının göstəricisinin aydın görünən fotosunu Birliyin “Çağrı Mərkəzi”nin (+994 77) 3 104 104 saylı “Whatshapp” nömrəsinə göndərə bilər.

Bir şərtlə ki, mesajın göndərildiyi mobil nömrə ona aid olsun və ayarlardan (menyudan) əməliyyat sistemi elə tənzimlənməlidir ki, fotonun üzərində çəkildiyi tarix əksini tapsın. Əgər foto aydın görünməzsə, üzərində tarix yuxarıda qeyd edilən zaman intervalını əks etdirməzsə, vətəndaşa geri dönüş edilməklə, mesajı təkrar və düzgün göndərməsi xahiş olunacaq. Bununla həm abonentin mobil telefonu barədə məlumatlar ümumi bazaya aktiv nömrə kimi qeydiyyata düşəcək, həm də abonent hər ayın 1-5 tarixlərində eyni prosesi təkrarlamaqla SMS qəbul edə biləcək.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yaxın günlərdə Bakı şəhəri və Abşeron rayonu üzrə baza məlumatlarında qeydiyyatda olan 40 min sonradan ödənişli sayğac istifadəçisinə SMS bildirişlərin göndərilməsini həyata keçirəcək. SMS bildirişlər ən azı 10 manat borcu olanlara təqdim ediləcək. Abonentlərin bu prosesdə aktiv iştirakı isə SMS bildirişlərin göndərilməsinin əhatə dairəsinin artırılmasına və prosesin daha optimal formada icrasına imkan yaradacaq.

Bu barədə hazırlanan videoçarxı təqdim edirik:



Xəbər 2006 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +