Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


15.11.2020  16:23 

“Ermənilər Kəlbəcərdən çıxmaları üçün noyabrın 25-nə kimi vaxt istəyib” - Hikmət Hacıyev





A+  A-

“Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin və işğal olunmuş ərazilərimizdə qanunsuz olaraq yerləşdirilmiş insanların oradan çıxarılması üçün Ermənistan tərəfi 25 noyabr tarixinə qədər əlavə vaxt istəyib”.
XəzərNews.az bildirir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir və ərazidən cəmi bir yol fəaliyyət göstərir:

"Bu da Kəlbəcər-Zor-Vardenis yoludur. Bu yolun ötürücülük qabiliyyəti çox məhduddur. Ərazinin coğrafiyası və relyefi də çox mürəkkəb xarakter daşıyır, hava şəraitinin ağırlaşması prosesi də baş verir. Belə ki, artıq qış hava şəraitinin çalarları özünü həmin ərazilərdə biruzə verməkdədir.

Ona görə də Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusən də Kəlbəcər rayonunda yerləşdirilmiş mülki əhalinin çıxışını təmin edilməsi prosesini nəzərə alaraq Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabr tarixinədək Kəlbəcər rayonunun ərazisindən Ermənistan Silahlı Qüvvələrinin və mülki əhalinin çıxarılmasına öz güzəştini və icazəsini bildirmişdi ki, bu çərçivədə işlər həyata keçirilsin”.

Prezidentin köməkçisinin sözlərinə görə, bununla bağlı hansısa əlavə protokolun və bəyanatın imzlanmasına ehtiyac yoxdur:

“Öhdəliklər qüvvədə qalır. Sadəcə olaraq, müəyyən edilmiş vaxt çərçivəsində qeyd etdiyimiz çətinliklər və zərurəti nəzərə alaraq Ermənistan qoşunlarının və işğal olunmuş ərazilərimizdə, yəni Kəlbəcər rayonunda yerləşdirilmiş qanunsuz məskunlaşmaların nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Hacıyev deyib ki, qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır:

"Ermənilərin Ağdamdan 20 noyabr, Laçından isə dekabrın 1-dək çıxarılmasını nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.


Xəbər 2156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +