Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


08.08.2020  12:46 

“Bizi bəzən qınayırlar ki, insanları qorxuduruq”





A+  A-

“Qarşıdan gələn günlərdə vətəndaşlardan xahiş edirik ki, qaydalara riayət etsinlər ki, tədricən yenə yumşalmalara gedək və normal həyatımıza qayıdaq”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, son günlər COVİD-19 virusundan sağalanların sayının artması və vəfat edənlərin sayının azalması həkimlərin əməyinin nəticəsidir:

"Bizi bəzən qınayırlar ki, insanları qorxuduruq. Amma biz dünyada baş verən prosesləri izləyirik və görürük ölkələrdə yoluxma azalsa da, payız, qış aylarına hazırlıq görürlər. Bu aylarda yoluxmanın artacağı ehtimal olunur. Biz də vəzifə borcumuzu yerinə yetirərək bu məlumatı sizə veririk. Vətəndaşlar yumşalmalardan sonra daha ciddi qorunmalı, qaydalara əməl etməlidirlər. Qarşıdan gələn günlərdə vətəndaşlardan xahiş edirik ki, qaydalara riayət edin ki, tədricən yenə yumşalmalara gedək və normal həyatımıza qayıdaq. Əks halda yoluxmaların sayı artacaq. Ümid edirəm ki, gələcək günlərdə sizə daha pozitiv xəbərlər verəcəyik".

Xəbər 2555 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +