Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


02.03.2020  12:39 

Məktəblərin bağlanması GÖZLƏNİLİR?





A+  A-

Azərbaycanda məktəblərin koronavirus təhlükəsi ilə əlaqədar bağlanıb-bağlanmayacağına münasibət bildirilib.
XəzərNews.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuat konfransında deyib ki, bu günlərdə onlara ən çox daxil olan sual da məhz təhsil müəssisələrinin bağlanılması ilə əlaqədardır:

“Hələlik belə bir qərar yoxdur və mövcud vəziyyət saatbasaat analiz olunur, dəyərləndirilir. Belə bir qərar olduğu təqdirdə media məlumatlandırılacaq”.

***

Qeyd edilib ki, 24 fevraldan etibarən Təhsil Nazirliyi ölkə üzrə bütün məktəblərə tibbi profilaktik tədbirlərin görülməsi, dezinfeksiya işlərinin aparılması ilə bağlı təlimat verib.

Bakı daxil olmaqla yüzlərlə məktəblərdə virus əleyhinə tədbirlər görülüb. Kütləvi tədbirlərin miqyası azaldılıb. 7-24 saat fəaliyyət göstərən qərargah yaradılıb.

***

Cəsarət Valehov qeyd edib ki, hələ ki, ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin bağlanılması ilə bağlı hər hansı qərar qəbul olunmayıb.

O bildirib ki, məsələ ilk gündən diqqət mərkəzindədir. Belə ki, 30 yanvardan etibarən müvafiq işlərin görülməsinə start verilib.

***

C. Valehov məktəblərdə koronavirusla bağlı uşaqlardan sağlamlıq haqqında sənədin istənilməsi ilə bağlı yayılmış məlumatlara da aydınlıq gətirib: “Profilaktik tədbirlər mütəmadi olaraq hər il keçirilir. Ancaq hazırda hər hansı xəstəliyə görə uşaqlardan sağlamlıqla bağlı heç bir sənəd istənilməyib”.

Xəbər 1303 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +