Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


10.01.2020  17:11 

Mirşahin geri çəkildi, müsabiqə ləğv edildi





A+  A-

Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda MTRŞ tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: 1.“Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2.“TV-Media Azerbaijan” MMC; 3.“Balans Studiyası” MMC; 4.“İNS ÇM” MMC; 5.“OMD Azerbaijan” MMC.

Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib.

Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, sözügedən tezliklə bağlı müsabiqənin elan edilməsinə qarşı ölkənin bir qrup ziyalısı və ictimai xadimlər Prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Onlar vaxtilə Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radio tezliyinin satışa çıxarılmasının ləğv edilməsini xahiş etmişdilər.

Xəbər 1921 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +