Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


29.07.2019  17:23 

Rəfaellə Coşqunun toyda xeyir-duası üçün 100 min istəyib





A+  A-

“Xeyirli olsun” demək üçün razılıq verirsən. Məclisə gedirsən, görürsən ki, oradakılar içkinin təsirindən artıq foksu itirib. Sən çıxanda iki nəfər qoluna girib və deyir ki, ayə, yekə oğlansan, elə bu? Bəs, bizi güldürməyəcəksiniz?”.
XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Əməkdar artistlər Rəfael İskəndərov və Coşqun Rəhimovun məclislərdə pul qarşılığında iştirak etməməsi barədə deyib.

“MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında Müşfiq bununla bağlı başına gələn əhvalatdan da söz açıb:

“Məclislərdəki qonaqlarla problem yaranır deyə, bunu etmirik. Bir gün ağsaqqal bir kişi zəng vurub, Rəfaellə Coşqunun toy məclisində iştirak etməsi üçün təkid edirdi. Axırda dedim ki, ağsaqqal, deməyə utanıram. Biz məclislərə çox baha qiymətə gedirik. Dedi ki, heç olmasa, 10 dəqiqəlik çıxış edin. Dedim ki, yox. Sonra təkid etdi ki, gəlsinlər, bir kəlimə “Xoşbəxt olun” desinlər. Dedim ki, hərəsinə 50 min manat verməlisiniz. Telefonu üzümə bağladı. Bir müddət sonra toyların birində bir kişi Rəfaeli kənara çəkib, onunla danışmağa başladı. Bir də gördüm ki, Rəfael gülə-gülə “Sən bu yaxınlarda bizim toyda xeyir-dua verməyimiz üçün 100 min manat istəmisən. Mənimlə danışan həmin kişi idi. Dedi ki, sizin o müdürünüz qiymətləri aşağı salmasa, acından qırılacaqsınız”.

Müşfiq Rəfaellə Coşquna qoyulan qadağanın səbəbini isə belə izah edib:

“İstəyirəm həm əlçatmaz olaraq qalsınlar, həm də çox yerdə görünməkləri konsert biletlərinin satışına təsir etməsin. Heç bir müğənni 12 gün konsert verə bilməz. Çünki onlar əlçatandır, toylarda görünürlər”.

Xəbər 1985 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +