Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


07.06.2019  10:57 

19 kiloqramlıq narkotik aşkarlandı





A+  A-

Sabunçu rayonunda 19 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Sadıqov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı dibçəklərdə xüsusi olaraq əkilərək qulluq edilən 32 ədəd ümumi çəkisi 1 kiloqram 465 qram narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Nardaran qəsəsəbəsində yaşayan paytaxt sakini Ağaverdi Muradovun yaşadığı evin həyətində yerləşən istixanaya baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilən 107 ədəd, ümumi çəkisi 15 kiloqram 525 qram olan çətənə kolu, 1 kiloqram 745 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.Muradovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah və 5 ədəd güllə aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib istintaq tədbirləri davam etdirilir.

Xəbər 1216 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +