Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


23.03.2019  10:06 

Füzuli məktəbliləri tur-aksiyada iştirak edəcəklər – Fotolar





A+  A-

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Füzuli rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa rayonları üzrə tur-aksiyada iştirak edəcəklər.
XəzərNews.az xəbər verir ki, Horadiz şəhərində tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilib. Rayonun ictimaiyyət nümayəndələrinin, təhsil işçilərinin və valideynlərin iştirak etdiyi mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, respublikamızın bölgələrinin sosial-iqtisadi inkişafından, aparılan geniş tikinti-quruculuq işlərindən, ölkəmizdə gənclərə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıb.

Alı Alıyev diqqətə çatdırıb ki, Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa respublikamızda mühüm əhəmiyyətə malik olan bölgələrimizdəndir. Bu rayonlar həm tarixi məkanları ilə zəngindir, həm də öz mətbəxi, adət-ənənələri ilə fərqlənir.

Alı Alıyev maarifləndirici tur-aksiyanın əhəmiyyətini qeyd edərək, şagirdlərə səfərlərinin olduqca maraqlı keçəcəyini, ekskursiyadan çox şey öyrənəcəklərini deyib.

Tədbirdə çıxış edənlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər.

Tur-aksiyada iştirak edən şagird və müşayiətçilər əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, sülh rəmzi olan göyərçinləri havaya uçurublar, sonra onlar üçün ayrılmış avtobusla Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa istiqaməti üzrə yola düşüblər.





Xəbər 1309 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +