Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


29.12.2017  11:45 

Cəbhə bölgəsində Yeni il qeyd olundu - Fotolar





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rayon ərazisində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış füzulili məcburi köçkünlərlə görüş keçirib, bayram süfrəsi açılıb.
XəzərNews.az xəbər verir ki, görüşlərdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı A. Alıyev çıxış edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik edib. Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan A. Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib.

A. Alıyev bildirib ki, respublikamızda olduğu kimi 2017-ci ilin nəticələri rayonumuzda da ürəkaçan olmuş, bütün sahələrdə inkişaf, tərəqqi, irəliləyiş əldə olunmuş, əhalimizin həyat səviyyəsi yüksəlib.

“Görülmüş işlər, əldə olunmuş nəticələr füzulilərin Prezident İlham Əliyevin sosial-iqtisadi və siyasi dəst-xəttinə sadiq olduqlarını, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun çalışdıqlarının göstərib.”-deyə A. Alıyev vurğulayıb.

Rayonda keçirilən bayram şənliyində şəhid atası Vəliəhd Abdullayev, şəhid anası Şəfiqə Orucova, Qarabağ müharibəsi əlili, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov çıxış edərək respublikada və Füzuli rayonunda şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra bayram süfrəsi açılıb, rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı olub.





Xəbər 1487 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +