Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


15.12.2017  15:17 

Diaspor rəhbəri aparıcı KİV nümayəndələri ilə görüşdü - UKRAYNADA





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukraynanın aparıcı KİV nümayəndələri ilə şam edib.
UABD-dən XəzərNews.az-a daxil olan məlumata görə, Diasporun ofisində baş tutan şam yeməyində Ukraynanın 15-dək aparıcı KİV nümayəndəsi iştirak edib.

H.Cavadov UABD-nin fəaliyyəti, görülən işlər və perspektivdə nəzərdə tutulan layihələr barədə məlumat verib. Diaspor rəhbəri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Ukrayna münasibətləri bu gün Prezident İlham Əliyevin sayəsində uğurla davam edir: “Bildiyiniz kimi, dekabrın 12-də Azərbaycan xalqı və dünyada yaşayan azərbaycanlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ilini qeyd etdilər. Heydər Əliyev xalqlarımız arasında münasibətlərin inkişafında və diaspor quruculuğunda əvəzolunmaz xidmətlər göstərib. Biz diaspor fəalları da ümummilli liderin qoyduğu irsi davam etdirir, Prezident İlham Əliyevin bu sahədə tövsiyələrinə əməl etməyə çalışırıq”.

H.Cavadov bildirib ki, ukraynalıları Azərbaycan diasporunun fəaliyyəti və Ukrayna-Azərbaycan dostluğu haqqında məlumatlandırmaq üçün mətbuatla düzgün əlaqə əsas faktorlardan biridir: “Jurnalistlərlə qurulan düzgün əməkdaşlıq bizə ölkəmizin tarixi haqqında etibarlı məlumatlar verməyə kömək edəcək, digər ölkələrin tarixi faktları təhrif etmə təbliğatına mane olacaqdır. Biz ukraynalı jurnalistlər üçün müntəzəm olaraq tədbirlər keçirməyə və onları azərbaycanlı həmkarları ilə əməkdaşlığa sövq etməyə davam edəcəyik. Qarşıda bizi çoxlu işlər və layihələr gözləyir. Sevindirici haldır ki, ekspertlər Ukrayna və Azərbaycan əlaqələrinin irəliləyişindən, dostluğundan razıdırlar”.





Xəbər 1641 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +