YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


15.12.2017  09:46 

General DANIŞDI: “Belə şəxslər orduya iftira atır”





A+  A-

“Artıq Silahlı Qüvvələrimizin şəxsi heyətinin 70 faizi peşəkar hərbi qulluqçularla komplektləşdirilib. Həmçinin Müdafiə nazirinin əmri ilə təkcə son üç ildə əsas döyüş təminatını müəyyən edən vəzifələrə 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qəbul edilib”.
XəzərNews.az xəbər verir ki, bunu ordu.az saytına müsahibəsində Azərbaycanın Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib. K. Vəliyev bildirib ki, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları olmaq istəyən şəxslərin hərbi xidmətə qəbulu prosesi mərkəzləşdirilmiş qaydada və tam şəffaf şəkildə aparılır. Qəbul vaxtı əsas diqqət namizədlərin sağlamlığı, fiziki və peşə hazırlığı, ümumi bilik səviyyəsi, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinə yetirilir.

“Silahlı Qüvvələrin savadlı, mənəviyyatca dayanıqlı və fiziki cəhətdən inkişaf etmiş gənc zabitlərlə komplektləşdirilməsi məsələsi komandanlığın daim diqqət mərkəzindədir və bu baxımdan tələblərə cavab verməyənlər hərbi xidmətdən dərhal kənarlaşdırılır. Bəzən məhz belə şəxslər ordumuz barəsində əsassız iradlar və həqiqətə uyğun olmayan subyektiv mülahizələr irəli sürməyə çalışırlar. Xoşbəxtlikdən belələrinin sayı çox azdır. Onlar ictimai fikrə təsir etmək imkanından belə tam məhrumdurlar. Təəssüflər olsun ki, ordumuza düşmən olanlar və onların tərəfdarları məhz belələrini öz təbliğatlarında bizə qarşı istifadə etməyə çalışırlar. Amma həmişə olduğu kimi müdrik xalqımız belə iftiralara məhəl qoymur”.

Xəbər 2358 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +