Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?
DİM imtahan iştirakçılarına müraciət edib


27.10.2017  13:54 

ATV-də təhqiramiz reklam - VİDEO





A+  A-

"Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır”.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, reklam mətnlərində ədəbi dil normalarının pozulması məsələsi oktyabrın 6-da "Ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda keçirilən konfransda da xüsusi vurğulanıb: "Lakin xeyli müddət keçməsinə baxmayaraq, təəssüf ki, bu istiqamətdə problemlər qalmaqdadır.

Məsələn, ATV telekanalının efirində yayımlanan "ATV+”un reklam çarxını qeyd etmək olar. Bu reklam çarxında efir mədəniyyətinə və ədəbi dil normalarına zidd, bayağı və küçə danışıq tərzindən, təhqiramiz ifadələrdən istifadə olunması diqqəti çəkir. Həmin reklam mətnində belə bir cümlə işlədilir: "Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?”. Göründüyü kimi, bu, olduqca xoşagəlməz mənzərədir. 6 oktyabrdan xeyli vaxt ötüb və kanalları bu məsələdə daha məsuliyyətli olmağa çağırırıq. Məlumdur ki, ölkənin efir məkanında ədəbi dilin qorunması və tətbiqi işi yüksək səviyyədə diqqət mərkəzindədir”.


Xəbər 2063 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +