Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


19.07.2017  12:54 

“Həbsxana mənim üçün ölümdür...” - Zeynalovdan son söz





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov son söz deyib.

O bildirib ki, özünü təqsirli bilmir və ittihamları qəbul etmir: “Daim dövlətə sadiq olmuşam. Bundan sonra da belə olacağam. Həbsxana həyatı mənim üçün bioloji ölümdür. Mən heç vaxt dövlət büdcəsini yeməmişəm, dəstə yaratmamışam. Qohumlarımın əmlaklarına qoyulan həbs götürülməlidir. Həmin əmlakları mənim pulumla yox, öz zəhmətləri ilə qazanıblar. Mən ittihamı yox, amma səhvimi qəbul edirəm. Səhvimə görə də cəzamı çəkirəm. Allah məni bağışlasın. Cəzamı çəkməyə hazıram. Son sözümü ataların dediyi “Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yükünü daşısın” ifadəsi ilə bitirirəm”.

Digər təqsirləndirilənlər – Bayram Vəliyev, Məhəmməd Məmmədov və Beytulla Hüseynov da son sözlərində məhkəmədən ədalətli qərar çıxarılmasını istəyiblər.

Xəbər 1242 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +