Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi
Sektor silkələnir, İKTA susur - Ekspert
Fondun xərclərinin artması nə ilə bağlıdır?
DİM imtahan iştirakçılarına müraciət edib


18.07.2017  19:35 

Tağı Əhmədovun oğlu haqda məlumatları diskdən kim silib? - Müəmma





A+  A-

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi 10-dan çox vəsatət verib.

Qapalı prosesdə müzakirə olunan məsələlərlə bağlı verilən vəsatətlər təmin edilməyib.

Agentura şəbəkəsinə dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi epizodu üzrə əlavə sübutların qəbul edilməsi üçün verilən vəsatət də təmin edilməyib.

Müdafiə tərəfi bir neçə epizod üzrə anten məlumatlarının təqdim edilməsi barədə də vəsatət qaldırıb. Dövlət ittihamçısı etiraz edərək deyib ki, cinayət işinin materialları arasında anten məlumatları var.

Vəkillər qeyd ediblər ki, bəzi şəxslərin anten məlumatları yoxdur. Tağı Əhmədov epizodu üzrə oğlu Ruslanın pulu Akif Çovdarova verdiyini bildirdiyi vaxtda harda olmasını göstərən anten məlumatları cinayət işi materiallarına əlavə edilən diskdən silinib. Həmçinin, Qədim Ədilovun sentyabrın 7-də Nərimanov parkının yanında pulu Səlim Məmmədova verməsi ittihamına görə həmin şəxslərin o tarixdəki anten məlumatları da istənilib.

Məhkəmə hər iki vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, diskə baxış keçirib məlumatların silinib-silinmədiyinə baxdıqdan sonra bu məsələ ilə bağlı qərar veriləcək.

Əlavə şahidlərin çağırılması və müvafiq qurumlara sorğuların göndərilməsi ilə bağlı vəsatətlər təmin edilib.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 1500 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +