13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


25.02.2020  11:09 

Ərdoğan Bakıya gəlir





A+  A-

"2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb".
XəzərNews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri ərəfəsində mətbuat konfransı zamanı deyib.

Prezident xatırladıb ki, Bakıya sonuncu dəfə ötən il oktyabrın 15-də gəlib:

“Noyabrın 30-da isə azərbaycanlı həmkarım İlham Əliyevi Ankarada qəbul etmişəm. Azərbaycan Prezidenti ilə müxtəlf məsələləri telefonla müzakirə edirik”.

Ərdoğan bildirib ki, iki ölkə arasında səfərlərin çoxluğu strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir:

“Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, amma 2015-ci ildə qeydə alınmış 5 milyard dollar həcmindən azdır”.

Türkiyə Prezidenti daha sonra qarşılıqlı investisiyalar barədə danışıb:

“Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatıb. Eyni zamanda Azərbaycanın Türkiyəyə investisiyaları 20 milyard dollar təşkil edir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək. Şura toplantısında Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Görüşdə ikili münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin olacağı güman edilir. Bundan başqa, səfər çərçivəsində müxtəlif anlaşma və sazişlərin imzalanması gözlənilir.

Xəbər 2140 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +