Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


24.05.2025  17:54 

Hamı irəliləyir, Azercell isə iməkləyir... - Ekspert təəssüf edir





A+  A-

"Qonşu ölkələrin mobil operatorları beynəlxalq tədbirdə 5G/6G -dən danışıblar, Azercell rəhbəri də Aztelekom-un GPON layihəsindən..."

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, tədbirin gündəliyinə, çıxışlara, təqdimatlara göz gəzdirəndə, Azercell-in bununla bağlı rəsmi olaraq yaydığı açıqlamalara baxanda təəssüflənməmək mümkün deyil:

"Bizim ən öndə gedən mobil operatorumuz, nəhəng dövlət şirkəti olan Azercell regionda innovasiyalar və texnologiyar sahəsində öz mövqelərini itirməkdədir.

Son bir neçə bu tip konfranslarda bu geriləmə açıq şəkildə görsənir.

Zarina xanımla yanaşı zalda əyləşən qonşu ölkələrin mobil operatorların rəhbərləri 5G və 6G -dən, 5G və süni intellektin inteqrasiyasından, daha innovasiyalı addımlardan danışdıqları halda Azercell rəhbəri Aztelekom-un GPON layihəsindən danışıb".



Ekspert bildirib ki, əslində başqa gözlənti də yoxdur:

"Uzun müddətdir ki, hansısa səbəblərdən bizim mobil operatorlar 5G şəbəkəsinin qurulmasına start verə bilmirlər. Heç lisenziyaları da yoxdur.

Distant təhsil xidməti vermək istəyən universitetləri zorla arxadan tutub saxladıqları kimi, kimlərsə bizim mobil operatorlara da 5G-ni qadağan edib.

Regionda 5G şəbəkəsi genişlənir, 6G müzakirə olunur, bizim mobil operatorların başı qarışıb mövcud tarifləri qaldırmağa, bəsit xidmətlərə. Ən bahalı mobil internet və mobil danışıqlar isə bizdədir.

Amma tariflərin qaldırılmasından əldə olunan vəsaitlərin yeni texnologiyalara investisiya yatırımını, keyfiyyət və xidmət çeşidlərinin artımını da biz müşahidə etmirik.

Tezlikləri, lisenziyanı mobil operatorlara verməli olan İKTA -nın da başı qarışıb provayderlərlə internet sürəti qaldırmaq kimi bəsit müzakirələrə".

O.Gündüz qeyd edib ki, qlobal şirkətlərlə işbirliyi quran qonşu ölkələr, Gürcüstan (Nokia), Ermənistan (Nokia), Qazaxıstan (Nokia, Huawei), Özbəkistan (Nokia), Tacikistan (Huawei) innovasiyalarda, süni intellekdə, hətta 5G və süni intellektin inteqrasiyası sahəsində irəliləyirlər:

"Çox təəssüf edirəm".

Xəbər 1091 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +