Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


24.05.2025  12:31 

Allah mənə çatmadı!





A+  A-

"Ədəbi düşüncələr" rubrikasında şair Əli Hacı Ağaevlinin şeirlərini zaman-zaman oxuculara təqdim edəcəyik. Şairin sosial şəbəkələrdə böyük maraqla qarşılanan şeirləri müxtəlif illərdə yazılmış ədəbi nümunələrdir. Asan həzm olunan, dərin məna ehtiva edən bu şeirlər Əli Hacının mə­nəvi – ruhani dünyasının poetik ifadəsidir.

Təsəllidir dualar,
əlim sənə çatmadı!
Yazdığım məktublarım,
ünvanına çatmadı!

Əl üşüdü, göz yumuğ
dilimdəki söz-yumruğ!
Küldən də köz umuruğ,
umdum, yenə çatmadı!

Təklədi bu dərd məni,
yudu, qurutdu məni!
Tanrı unutdu məni,
Allah mənə çatmadı!

Göy gurlasa, öp yeri
yol palçıqsa, çəp yeri!
Vaxt kəpkirsiz-göp yeri,
Din imana çatmadı!

Vüsalından su içdi,
ayrılıqda - keçiddi!
Mən, səninçün keçindim,
ölüm sənə çatmadı!

* * *

Göydəki uçan quşa,
Yerdəki dən-dərdidir!
Uzaqdakı qəribə
Yaxın, Vətən dərdidir!

Açma yaramı hələ,
Vermə yaxamı ələ!
Azar-bezarım elə,
Yaxam, bir sən dərdidir!

Göz yaşıyla üz yuyan,
Ömür yoldur dur, oyan!
Getmirsənsə, gen dayan
Yollar gedən dərdidir!

Sirrində qalsın Fələk,
Bitmək-işdə son demək!
Olduğu tək görünmək,
Ruhun bədən dərdidir!


Xəbər 539 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +