İş adamı Süleyman Babayev həbs edilib
Biz İran kimi sarsaq deyilik ki... - O boyda Amerikaya kəllə ataq
Gürcüstandan azərbaycanlılar niyə deport edilib?
İran ballistik raketlər atdı
Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib?
Bəzi rayonlara leysan yağdı
Qadınlar da avtobus sürəcək
Ukrayna Rusiyaya PUA hücumu etdi
Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur


07.10.2020  17:21 

Yoluxanların sayı artır, rəsmilər xəbərdarlıq edir





A+  A-

Azərbaycanda son sutka ərzində 182 nəfər “COVID-19”a yoluxub, 145 nəfər sağalıb, 2 nəfər vəfat edib. Son günlər bir qədər arxa plana atdığımız “COVID-19” bir sıra ölkələrdə ikinci baharını yaşamaqdadır. Yerli mütəxəssislər əhaliyə müraciət edərək təhlükəsizlik tədbirlərinə bir daha diqqət çəkiblər.
XəzərNews.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva “Real TV” yə açıqlamasında bildirib ki, qətiyyən arxayınlaşmaq olmaz: “Bəzi qonşu ölkələrdə, həmçinin bir sıra Avropa ölkələrində yoluxma statistikasına nəzər salsaq, artımın baş verdiyini görərik. Hətta son həftələr ərzində Fransa, Niderland, Böyük Britaniya kimi ölkələrdə ilk dalğa dediyimiz dövrlə - mart, aprel, may aylarındakı gündəlik yoluxma sayından daha çox rəqəmlər müşahidə olunur. Bu onu göstərir ki, tədbirli davranmaq lazımdır. Ölkədə vəziyyət nə qədər stabil olsa belə, artım müşahidə olunmasa da, bu o demək deyil ki, hər zaman belə olacaq. Biz öz tədbirlərimizi görməliyik, sığortalı şəkildə davranmalıyıq”.

Mövsüm dəyişdikcə, infeksion xəstəliklərin yayılma riski də yüksək olur. Havalar soyuduqca insanlar daha çox qapalı məkanlara üz tuturlar. Belə məkanlarda nəfəsliyin bağlı qalması bir çox hallarda xəstəliklərin inkişafına zəmin yaradır.

Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazovun sözlərinə görə, həm mövsümi qrip, həm də koronavirusdan qorunmaq üçün aylardır verilən tövsiyələrə əməl etmək lazımdır: “Biz payız-qış mövsümünə daxil oluruq. Hava soyuyur, insanların immuniteti aşağı düşür. Belə şəraitdə yoluxma ehtimalı da daha çoxdur. Digər respirator xəstəliklərin də dövrü gəlir. Hazırda dövlətimizin əsas fikri Qarabağ cəbhəsindədir. Amma bu da bir cəbhədir. Mən xalqımızdan xahiş edirəm ki, arxa – koronavirus cəbhəsində özlərini elə aparsınlar ki, dövlətimiz gücünü Qarabağa yönəldə bilsin. Baxmayaraq ki, sağalanların sayı çoxdur, aktiv xəstələrin sayı azalmaqda davam edir, bunu unutmaq olmaz. ÜST-ün Azərbaycan ofisi də bununla bağlı xalqa müraciət edib. Aylardır tövsiyə olunan sadə tədbirlərə əməl olunmalıdır – maska taxılmalı, sosial məsafə gözlənməlidir. Buna ciddi riayət olunsa, dövlətimiz hər iki cəbhədə uğur qazana bilər”.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda 40 min 931 nəfər koronavirusa yoluxub. Onlardan 38 min 713 nəfəri sağalıb, 600 nəfər isə vəfat edib.

Xəbər 4155 dəfə oxunub.



13.08.2025  12:40 

Prezident bu qanunu təsdiqlədi

13.08.2025  11:25 

İran ballistik raketlər atdı

13.08.2025  11:14 

Bəzi rayonlara leysan yağdı

13.08.2025  11:05 

Qadınlar da avtobus sürəcək

13.08.2025  10:46 

Qusarda ana doğuşdan sonra ölüb

13.08.2025  10:25 

Bu ölkələr İranı HƏDƏLƏDİ

13.08.2025  10:00 

Ukrayna Rusiyaya PUA hücumu etdi

13.08.2025  09:26 

İsrail qoşunları Suriyaya girdi

12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib


BÜTÜN XƏBƏRLƏR +