Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


07.08.2025  11:46 

“90 yaşım var, güclə beş addım atıram...” - Artur Rasi-zadə





A+  A-

Ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə qatılmayıb, bu isə müzakirələrə səbəb olub.

XəzərNews.az-ın məlumatına görə, Manset.az məsələ ilə bağlı A.Rasi-zadədən açıqlama alıb.

O bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimdə iştirak edə bilməyib: “Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Elçinin həyat yoldaşı ilə danışdım, başsağlığı verdim. Səhhətimlə bağlı vida mərasiminə getməmişəm. Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də orada iştirak edib. Mərasimə əklil də göndərmişəm”.

Xatırladaq ki, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyev iyulun 3-ü vəfat edib.

Qeyd edək ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 1996-cı ildən ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.

Xəbər 483 dəfə oxunub.




12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +