Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.04.2025  22:50 

Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"





A+  A-

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian sabah Azərbaycana səfər edəcək.

XəzərNews.az xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Səfər öncəsi İran Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibə verib:

“Çox şadam ki, siz buradasız və mən Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik. Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkə xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Azərbaycana ən yaxşı arzularımız var”, - o, qeyd edib.

Pezeşkian vurğulayıb ki, Azərbaycanla münasibətdə heç bir qəriblik hissi yoxdur:

“İnşallah Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə də bu öz əksini tapacaq. Biz keçmişdən çox yaxın qardaşlar olmuşuq. Bundan sonra da belə olacaq”.

“Bu tay, o tay bir-birimizlə qohumuq. Gediş gəlişlər töhfə verir. Buna görə də biz qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq”, - İran prezidenti bildirib.



Xəbər 875 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +