Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb


23.01.2023  15:01 

Rusiya və İran Ermənistanın yanındadır...





A+  A-

Vardanyanı BBC-də jurnalist “çilədi”, onun verdiyi sualları, qaldırdığı mövzuları, ağrılı nöqtələrə basmağı bizimkilər də öyrənsələr yaxşı olar.

Dəfələrlə bu haqda yazmışam: Rusiyanın Ukraynaya təcavüzü, işğal cəhdi, Ukrayna torpaqlarını özünə birləşdirməklə bağlı addımları, bütün sivil dünyanın Kremlə qarşı bu günkü tutumu bizim üçün əla, unikal şans yaradıb. Rusiyanın təcavüzü “millətlərin öz müqəddəratını təyin etmək” kimi mücərrəd tezisi tam çürüdüb. Bu tezis, belə yanaşma işğala, separatizmə qapı açmaq, haqq qazandırmaq üçün Moskvanının əlində alətə çevrilib. Artıq sivil dünya bunu anladı, nə qədər təhlükəli yanaşma olduğunu gördü.

Azərbaycanın Dövlət siyasəti, özünüifadə etmək üsulları indiki reallığı nəzərə almaqla qurulmalıdır. Reallıq isə budur ki, sivil dünyanın iki əsas düşməni – Rusiya və İran Ermənistanın yanındadır, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların dinc yaşamasına, Azərbaycana inteqrasiya olmasına mene olan Moskva və Tehranın bölgə ilə bağlı siyasətidir. Xankəndi və ətrafı Rusiyanın işğalı altındadır, bölgədə qeyri-sabitliyin olmasında, gərginliyin artmasında Kreml birbaşa maraqlıdır, Vardanyan isə bu siyasəti həyata keçirmək üçün Moskvanın təyin etdiyi canişindir – vəssalam, bu tezisləri bir neçə dildə dünyaya çatdırmaq üçün çalışmaq lazımdır.

Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların davranışını demokratiyaya, insan haqq və azadlıqlarına bağlamaq cəhdlərinə gəldikdə isə bu fiksiyadır, bizim bəzi “ağıllılar” da bu tora düşürlər – ermənilər 30 illik davası demokratiya, insan haqları davası deyil, torpaq qoparmaq, işğal etmək davranışıdır.

Separatizm mərəzi demokratiya ilə “sağalmır” və bu anlayışa bağlı da deyil – Kataloniya separatçıları demokratik İspaniyada yaşayırlar, və ya, Gürcüstan daha demokratik ölkədir, amma Abxaziya, Cənubi Osetiya məsələsini demokratiya ilə çözə bilmədi, ya da Moldova demokratikdir, amma nədənsə demokratik yolla qondarma “Dnestyanı respublikasını” geri qaytara bilmir.

Bir daha: Separatizm xəstəliyi demokratiya uğrunda mücadilə deyil, bu tələyə düşmək olmaz.

Bizim məmləkətə demokratiya, haqq və azadlıqlar, ədalətli sistem Xankəndində yaşayan erməni əsilli vətəndaşlarımıza görə deyil də, hamımıza görə lazımdır, ölkəmizin rifahının yüksəlməsi, tərəqqi üçün vacibdir...

Natiq Cəfərli

Xəbər 1106 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +