Televiziya sədri vəzifəsindən azad edildi -FOTO
Dövlət qurumlarına gül-çiçək satan Arzu İsmayılova kimdir?
Qəzada bir nəfər sağ qaldı -FOTO
“Medera Hospital“ cərimələndi
Bu məktəbdə attestatı 20 manata satıblar?
Prezident fərman imzaladı
Rüstəm Talışinski məni hədələyərək... - Şikayət
İşsiz qalan tibb işçilərinə ŞAD XƏBƏR
Bir neçə gün sonra İrana hücum edəcəklər: ABŞ razılıq verdi?
Rusiya Bakını niyə hədələyir?


12.07.2021  16:29 

Məşhur şadlıq saraylarının rəhbərləri haqda cinayət işi başlanıldı





A+  A-

Bakıda toylarla bağlı qaydaları pozan restoran və şadlıq saraylarının rəhbərləri barədə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, son 3 gün ərzində paytaxtda yerləşən 300-ə yaxın şadlıq saraylarında analoji yoxlamalar aparılıb.

Nəticədə 12 şadlıq sarayında («Gülüstan», «Golden Baku», «Billur», «Kral», «Aura», «SS Hall», «Ərzurum», «Neon Palace», «Kleopatra», «Sevən ürəklər», «Xan bağı», «Şuşa») xüsusi karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edildiyindən, hər bir fakt üzrə Cinayət Məcəlləsinin 139-1-ci maddəsilə cinayət işləri başlanılıb, təqsirkar şəxslər saxlanılıblar.

4 şadlıq sarayı və 1 restoranda isə («Yeganə», «Amor», «İdeal», «Retro», «Səda») aşkar edilmiş qayda pozuntularına görə İXM-in 211-ci maddəsilə protokollar tərtib edilərək obyekt sahibləri barəsində inzibati həbs və ya cərimə tətbiq edilib.

Analoji tədbirlər ərazi polis orqanları tərəfindən müvafiq dövlət qurumları ilə birgə respublikanın bütün şəhər və rayonlarında da həyata keçirilir. Belə yoxlamalar nəticəsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 şadlıq sarayının sahibi barəsində cinayət işi başlanılıb, 12 obyekt sahibi şübhəli şəxs qismində saxlanılıb, 21 obyekt sahibi inzibati cərimə edilib, 10 fakt üzrə istintaq araşdırması aparılır, vaksinasiya olunmasını təsdiq edən müvafiq sənədi olmayan 423 nəfər isə şadlıq saraylarına buraxılmayıb.

Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir.



Xəbər 2393 dəfə oxunub.




12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?

12.06.2025  13:36 

Şahin Mustafayev təltif edildi

12.06.2025  12:20 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +