Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


02.09.2022  14:54 

Xəstəxanaların və orta tibb işçilərinin sayı niyə azalıb?





A+  A-

“Səhiyyə xidməti cəmiyyətdə insanların fiziki və psixi sağlamlığının qorunmasına və rifahının yüksəldilməsində, uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım göstərilməsinə xidmət edir”.

Bu barədə XəzərNews.az-a İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun dissertantı, iqtisadçı ekspert Famil Niftiyev açıqlama verib.

F.Niftiyev bildirib ki, səhiyyə xidmətin təşkili ilə bağlı xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır:

“Ölkədə xəstəxana müəssisələrin sayı ilin əvvəlinə görə 2006-cı ildə 729 ədəd, 2016-cı ildə 559 ədəd və 2022-ci ildə 342 ədəd olmuşdur. 2006-cı il ilə müqaysədə müəssisələrin sayı 2,1 dəfə azalmışdır. Xəstəxana müəssisələrinin sayının azalma səbəbi istismar müddətinin başa vurması, mərkəzləşmiş xəstəxana mərkəzlərin yaradılması, ixtisaslı kadrların olmaması və s. səbəbdən aslıdır”.



Ekspert bildirib ki, xəstəxanalarda çalışan ixtisaslı həkimlərin sayı 4,6% və ya 1,4 min artaraq 2022-ci ildə 32,0 min nəfər olub:

“Buna baxmayaraq əhalinin hər 10000 nəfərinə düşən həkimlərin sayında azalma müşahidə edilmişdir. Əhalinin hər 10000 nəfərinə düşən həkimlərin sayında əmsal 2006-cı ilin əvəlinə 36,3 nəfər idisə, 2022-ci ilin əvvəlinə 31,8 nəfər olmuşdur. İxtisaslı həkimlər arasında terapev, cərrah, pediatr və stomotoloqun payı 56% təşkil edir. Respublikada həkimlərin sayının artmasına baxmayaraq orta tibb işçilərinin sayında azalma müşahidə edilməkdədir. 2006-2022-ci illərdə orta tibb işçilərin sayı 60,8 min nəfərdən 53,3 min nəfərə qədər azalmışdır. Əhalinin hər 10000 nəfərinə düşən orta tibb işçilərin sayı 2006-cı ildə 72,1 nəfər, 2016-cı ildə 57,3 nəfər və 2022-ci ildə isə 53,1 nəfər olmuşdur. Orta tibb işçiləri arasında tibb bacısının payı 71% olmuşdur. Təhlildən göründüyü kimi, əhalinin hər 10000 nəfərinə düşən orta tibb işçilərin sayındada azalma baş vermişdir. Azalmanın səbəbi orta ixtisas təhsil müəssisələrinə qəbul olan tələbələr arasında səhiyyənin payı 18% idisə, ali təhsil müəssisələri arasında 10% təşkil etməsi, işə qəbul prosesin çətin olması, müxtəlif səbəblərdən ailəli xanımların xəstəxana və ya poliknikalarda işləməməsi və s. göstərmək olar.
Beləliklə, ölkədə səhiyyə xidmətinin yaxılaşdırılması ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qanunlar və dövlət proqramları qəbul edilmişdir”.

Xəbər 2909 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +