Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


01.06.2021  09:23 

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi yarıdan çox azalıb





A+  A-

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 335,5 milyon dollar təşkil edib ki, bu da ötən ilinanoloji dövrü ilə müqayisədə 53 faiz daha azdır.
Bu barədə XəzərNews.az Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Göstərilən dövrdə Azərbaycanın ABŞ-a ixracı 23,056 milyon dollar (3,8 qat artım), ABŞ-dan idxal isə 153,298 milyon dollar (13 faiz azalma) təşkil edib.

Yanvar-aprel aylarında Azərbaycan ABŞ-a 23,014 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. ABŞ-a qeyri-neft məhsulları ixracının Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracındakı payı 3,3 faiz təşkil edib.

Ümumilikdə, yYanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı 697,027 milyon dollar təşkil edib.

2020-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,47 milyard dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 26,5 faiz daha azdır.

Xarici ticarət dövriyyəsinin strukturunda ixrac illik müqayisədə 30 faiz azalaraq 13,74 milyard dollar təşkil edib. İxracın il ərzində xarici ticarət dövriyyəsindəki payı 2,81 azalaraq 56,15 faizə düşüb.

Azərbaycan idxalı 2019-cu illə müqayisədə 21,5 faiz azalaraq 10,73 milyard dollar təşkil edib. Xarici ticarət dövriyyəsində idxalın payı 2,81 faiz artaraq 43,85 faizə çatıb.

Xəbər 2471 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +