Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


19.12.2018  14:43 

İri şirkətlər vergidən necə yayınır?





A+  A-

“Bir sıra iri müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə "parçalayaraq" bəzi vergiləri ödəməkdən yayınırlar”.
XəzərNews.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini gələn ilin əvvəlindən tətbiqinə başlanacaq daha bir ciddi islahat - sadələşdirilmiş vergi dərəcələrinin aşağı salınması, bu vergi növünün əhatə dairəsinin məhdudlaşdırılması, habelə ƏDV-yə cəlb edilən dövriyyənin tədricən genişlənməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, sadələşdirilmiş vergi tətbiq olunarkən onun sahibkarlar üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, normal vergi uçotunun formalaşdırılmasına da şərait yaradacağına ümid edilirdi və ilk dövrlərdə həqiqətən də belə olmuşdu:

"Lakin son vaxtlar nə müşahidə olunur? Hazırda ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 90 faizindən çoxu sadələşdirilmiş vergi ödəyiciləridir. Vergi daxilolmalarında bu verginin xüsusi çəkisi isə 5 faizdən bir az çoxdur. Halbuki bir çox ölkələrdə bu göstərici 40 faiz civarındadır. Son vaxtlar bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə etməyə cəhd göstərməyə başlayıblar. Bir sıra böyük müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə "parçalayaraq" sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir, digər vergiləri ödəməkdən yayınırlar. Üstəlik, onlar sadələşdirilmiş vergini 2 faizlə ödəmək üçün Bakıda fəaliyyət göstərsələr də, öz bizneslərini regionlarda qeydiyyatdan keçirirlər və bununla da vergi uçotu üçün ciddi problemlər yaradırlar. Bütün bunların qarşısının alınması məqsədilə Vergi Məcəlləsində zəruri dəyişikliklər edilib".

O qeyd edib ki, sadələşdirilmiş vergi ləğv olunmayacaq, lakin bəzi sahələr var ki, həmin fəaliyyət istiqamətləri üzrə iş qurmuş sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər: "Məsələn, indiyədək dövriyyəsi kifayət qədər böyük olan bəzi sahibkarlar dövlətdən lisenziya aldığı halda, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirdilər. Amma gələn ildən bu, belə olmayacaq. Məlum olduğu kimi, yalnız xüsusi nəzarət tələb edən sahələrə lisenziya verilir və bu lisenziyaların sayı çox azdır. Topdansatış ticarətlə, eləcə də qızıl məmulatlarının, xəz-dəri məhsullarının satışı və bəzi digər fəaliyyət növləri ilə məşğul olan sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər".

Xəbər 1710 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +