Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


20.01.2020  11:34 

Karateçilərimiz beynəlxalq turnirdə 10 medal qazandı





A+  A-

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq Qran-Pri turnirində 10 medal qazanıb. Medalların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür.
Azərbaycan Milli Karate Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər) bütün rəqiblərinə qalib gələrək çempion olub. Fərid Savadov (57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutublar. Sultan Hüseynov və Ramil Baxşəliyev (55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıblar. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.

Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər) arasında çempion olub. Fərid Savadov (-57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutub. Sultan Hüseynov və Ramil Baxşəliyev (-55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (-68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (-68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (-50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıb. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.

Karateçilərimiz fevralın 7-9-da Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatına hazırlıqları davam etdirəcək.

Xəbər 1555 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +